İsrailin baş naziri Binyamin Netanyahu Avropa ölkələrinə ünvanladığı müraciətində xəbərdarlıq edib ki, raket və nüvə təhdidləri, eləcə də onun «İslam Respublikasının terrorizmi» adlandırdığı təhlükə yalnız İsrailə yönəlməyib, Avropa ölkələri də bu təhdidlərin hədəfindədir.
İsrailin Baş Nazirlik Ofisi 17 noyabr, çərşənbə axşamı X sosial şəbəkəsində Netanyahunun çıxışından video paylaşaraq yazıb: «Avropa, oyan!»
Netanyahu həmin videoda deyir: «İranın raketləri, terrorizmi və nüvə təhdidi İsrailin sərhədlərində dayanmır. Avropa tamaşaçı deyil, Avropa hədəfdir. Həyəcan təbili artıq çalınıb.»
Bu sözləri Netanyahu Çexiyanın baş naziri Andrey Babişlə Qüdsdə keçirdiyi birgə mətbuat konfransında söyləmişdi.
Netanyahu həmin konfransda bəzi Avropa hökumətlərinin mövqeyini tənqid edərək deyib ki, Avropanın bir sıra liderləri terrorizmlə mübarizə aparmaq əvəzinə İsraili qınamağa üstünlük verir.