ABŞ-ın federal hakimi Donald Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq iddia işi üzrə ifadə vermək üçün gəlmə müddətini 2027-ci il yanvarın 22-dək uzadıb.
"The Guardian" qəzetinin xəbərinə görə, iş BBC-nin 2021-ci il 6 yanvar hadisələri ilə bağlı sənədli filmində Trampın çıxışının montaj edilməsi və yayımlanması qaydası ilə əlaqədardır.
BBC daha əvvəl çıxışın bəzi hissələrinin montajının yanıldıcı olduğunu etiraf etmişdi, lakin Tramp təzminat ödənilməsini tələb edib.
Hakim vurğulayıb ki, ABŞ prezidenti özünün qaldırdığı işdə cavab vermək üçün məhkəməyə gəlməlidir. Məhkəmə prosesinin tarixi isə 2027-ci il mayın 3-ü təyin edilib.