Qadi Ayzenkotun rəhbərlik etdiyi koalisiyanın namizədi Matan Kahana "Likud" partiyasının namizədini məğlub edərək İsrail parlamentinin sədri seçilib. Bu hadisə Netanyahu əleyhdarlarının qanunvericilik prosesi üzərində nəzarətini gücləndirir.
"The Jerusalem Post" nəşrinin məlumatına görə, Kahana "Likud" partiyasının namizədi Ofir Katsın 52 səsinə qarşı 66 səs toplayaraq Knessetin sədri olub.
Onun seçilməsi ərəb partiyalarının dəstəyi ilə baş tutub və "Likud" partiyasının sərt reaksiyası ilə qarşılaşıb. Ayzenkot bu qələbəni İsrail siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.