ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Vaşinqtonun İslam Respublikasına qarşı hücumları yenidən başlatmağa hazırlaşa biləcəyi barədə xəbəri təkzib edib. Komandanlığın bir rəsmisi noyabrın 13-də, cümə günü bu xəbərdə irəli sürülən iddiaları «sırf fərziyyə» adlandırıb.
Həmin xəbəri İsrail mediasından biri yayıb və ABŞ-ın İrana qarşı yeni hücumlar dalğasına hazırlıq gördüyünü iddia edib. CENTCOM rəsmisinin sözlərinə görə, ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi ilə bağlı heç bir yenilik yoxdur.
CENTCOM ABŞ-ın Yaxın Şərqdə, o cümlədən Körfəzdə və Hörmüz boğazında həyata keçirdiyi bütün hərbi əməliyyatlara rəhbərlik edir.