Hərbi qüvvələr 14 aban, cümə axşamı axşam saatlarında Yəzdin Mehriz şəhərinin girişindəki yoxlama-buraxılış məntəqəsində bəluc ailəsinin avtomobilinə atəş açıb. Onlar atəş açmazdan əvvəl nə dayanmaq əmri veriblər, nə də xəbərdarlıq ediblər. Ailənin 30 yaşlı atası Abdulqadir Xarkuyi təxminən 15 güllə ilə yaralanıb və cümə günü Mehriz xəstəxanasında həyatını itirib.
“Haalvsh”un məlumatına görə, onun 28 yaşlı həyat yoldaşı Məryəm Gərgic və əkiz qızları Məlikə və Sarina da ağır yaralanıblar. Hər üçü reanimasiya şöbəsində müalicə olunur. Əslən Zahidandan olan və Yəzddə yaşayan ailə Zahidandan evə qayıdırdı.
Güllələr Xarkuyinin sinəsinə və qarnına dəyib, qaraciyərini parçalayıb. Atəşdən sonra ailənin avtomobili yoldan çıxıb və aşıb. Bundan əvvəl də vətəndaşların, o cümlədən qadın və uşaqların yollarda hərbi qüvvələrin xəbərdarlıqsız atəşi nəticəsində öldürüldüyü və ya yaralandığı barədə çoxsaylı məlumatlar yayılmışdı.