Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü, noyabrın 8-də Qarabağa səfər edəcək. Səfərin ünvanı Şuşa şəhəridir. Səfər Şuşanın erməni qüvvələrindən geri alınmasının ildönümünə təsadüf edir.
Noyabrın 8-i Azərbaycan Respublikasında «Zəfər Günü» kimi qeyd olunur. Ölkə ordusu 2020-ci ildə həmin gün, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşaya nəzarəti ələ keçirib. Ermənistan iki gün sonra atəşkəs razılaşmasını qəbul edib.
Ərdoğan daha əvvəl, 2021-ci ilin iyununda da Şuşaya gedib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin müttəfiqlik münasibətlərinə dair «Şuşa Bəyannaməsi»ni imzalayıb. Ankara İkinci Qarabağ müharibəsində Bakıya siyasi və hərbi dəstək verib.