çərşənbə, 11 noyabr 2026
Bölgə

Türk dünyasının inteqrasiyası yolunda daha bir addım: SOCAR Türkiyədəki STAR neft emalı zavoduna 120 milyon dollar sərmayə qoyur

Türk dünyasının inteqrasiyası yolunda daha bir addım: SOCAR Türkiyədəki STAR neft emalı zavoduna 120 milyon dollar sərmayə qoyur

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki özünə məxsus STAR neft emalı zavoduna təxminən 120 milyon dollar sərmayə qoyur. Bu vəsait hesabına zavodda reaktiv yanacaq istehsalı üzrə yeni qurğu inşa ediləcək. Yeni qurğu ildə əlavə 600 min ton dizel yanacağı istehsalı üçün güc azad edəcək.

Layihə üzrə mühəndislik-layihələndirmə, avadanlıq təchizatı və tikinti müqaviləsi imzalanıb, işlərə yaxın günlərdə başlanılacaq. Yeni qurğunun 2029-cu ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.

Bu layihə ilə SOCAR-ın Türkiyədəki ümumi sərmayəsinin həcmi 20 milyard dollara çatacaq.

Bu xəbəri paylaşın