Yəmənin qanuni hökumətini dəstəkləyən koalisiya Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin Yəmən husilərinin atdığı üç raketi havada tutaraq məhv etdiyini açıqlayıb.
Reuters və Anadolu agentliklərinin məlumatına görə, çərşənbə axşamı, noyabrın 10-da Ər-Riyada doğru bir qanadlı və bir ballistik raket, Səudiyyə Ərəbistanının cənub bölgələrinə doğru isə daha bir ballistik raket atılıb. Koalisiyanın bildirdiyinə görə, raketlərin hamısı məhv edilib. Şərq bölgəsində də bir pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bu hücumlar koalisiyanın Sənada husilərə məxsus, ballistik raket hissələrinin istehsalı və yığılması ilə bağlı üç obyekti məhv etdiyini açıqlamasından sonra baş verib.