çərşənbə, 11 noyabr 2026
Bölgə

Netanyahu yeni Knessetin işə başlaması mərasimində: İslam Respublikasının devrilməsi İsrailə qarşı təhdidə son qoymağın yeganə yoludur

Netanyahu yeni Knessetin işə başlaması mərasimində: İslam Respublikasının devrilməsi İsrailə qarşı təhdidə son qoymağın yeganə yoludur

İsrailin müvəqqəti baş naziri Benyamin Netanyahu noyabrın 10-da, çərşənbə axşamı yeni Knessetin işə başlaması mərasimində çıxış edib. Onun sözlərinə görə, İslam Respublikasının devrilməsi bu hakimiyyətin İsrailin mövcudluğuna qarşı təhdidinə həmişəlik son qoymağın yeganə yoludur.

Netanyahu əlavə edib ki, İslam Respublikası İsrailin ağır zərbələrinə baxmayaraq, bu ölkəni məhv etmək planından əl çəkməyib. O, Tehranın nüvə proqramını bərpa etməyə çalışdığı barədə xəbərdarlıq edib.

Yeni Knesset Netanyahu koalisiyasının çoxluğu itirdiyi və 120 yerdən 53-nə sahib olduğu bir şəraitdə işə başlayıb. Hökuməti qurmaq tapşırığı verilən Qadi Ayzenkot və onun müttəfiqlərinin 48 yeri var. 19 yerə malik ərəb partiyaları da Netanyahuya müxalifət məsələsində Ayzenkotla həmfikirdir.

İsrail prezidenti İsaak Hersoq deputatları yenidən seçki keçirilməsinin qarşısını almaq üçün rəqibləri ilə kompromisə getməyə çağırıb. Ayzenkotun hökuməti qurmaq üçün dekabrın 6-dək vaxtı var.

Bu xəbəri paylaşın