ArazNews
Ana Səhifə / Dünya / İsraildəki ərəb koalisiyasının lideri: Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün onun rəqiblərinin hökumətini dəstəkləyəcəyik
Dünya

İsraildəki ərəb koalisiyasının lideri: Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün onun rəqiblərinin hökumətini dəstəkləyəcəyik

İsraildəki ərəb koalisiyasının lideri: Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün onun rəqiblərinin hökumətini dəstəkləyəcəyik

İsraildəki ərəb partiyalarının «Birgə Siyahı» koalisiyası Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün onun rəqibləri ilə əməkdaşlığa hazırdır. Koalisiyanın lideri Yusif Cabarin «The Guardian» nəşrinə müsahibəsində kabinetə daxil olmadan Netanyahunun rəqiblərinin hökumətinə parlamentdə dəstək verməyə hazır olduğunu bildirib.

Oktyabrın 27-də keçirilən seçkilərdə Netanyahunun koalisiyası 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət isə 48 mandat qazanıb. Birlikdə 19 mandata sahib olan iki ərəb koalisiyası gələcək hökumətin formalaşmasında həlledici rol oynamaq imkanı əldə edib.

Cabarin dəstəyi üçün bir neçə şərt irəli sürüb: ərəb vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoyulmalı, evlərin sökülməsi dayandırılmalı, müharibə başa çatmalı və fələstinli liderlərlə danışıqlar bərpa edilməlidir. O, həmçinin hakimiyyətin ötürülməsinin qarşısını almaq üçün İranla yeni müharibənin başlanması ehtimalından narahatlığını ifadə edib.