ArazNews
Ana Səhifə / Dünya / Vaşinqtonun enerji siyasətində yeni dönüş: ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya qayıtmasına çalışır
Dünya

Vaşinqtonun enerji siyasətində yeni dönüş: ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya qayıtmasına çalışır

Vaşinqtonun enerji siyasətində yeni dönüş: ABŞ Rusiya qazının Ukrayna üzərindən Avropaya qayıtmasına çalışır

"The Wall Street Journal" qəzeti xəbər verib ki, ABŞ hökuməti Rusiya təbii qazının Ukrayna boru kəmərləri vasitəsilə Avropaya ixracını bərpa etməyə çalışır. Bu plan qış öncəsi Moskva ilə Kiyev arasında enerji atəşkəsinə nail olmaq məqsədilə irəli sürülüb.

"The Wall Street Journal"un məlumatına görə, Tramp administrasiyasının nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Rusiya qazının amerikalı vasitəçi vasitəsilə Avropaya satılmasını təklif ediblər.

Məlumata əsasən, Vaşinqton ümid edir ki, bu plan Avropada enerji qiymətlərini aşağı salmaqla yanaşı, Rusiya ilə Ukrayna arasında daha geniş razılaşma üçün də zəmin yaradacaq.

Bununla belə, Avropa ölkələri Moskvadan enerji asılılığının bərpasına qarşı çıxır və bu təklifin həyata keçirilməsi ilə bağlı hələ razılıq əldə olunmayıb.