ABŞ prezidenti Donald Tramp "Axios" xəbər portalının Vaşinqtonun İrana qarşı sanksiyaları yumşaltmaq və bu ölkənin dondurulmuş aktivlərini azad etmək barədə ehtimal olunan təklifi ilə bağlı məlumatını rədd edib. Tramp Tehrana heç bir təklif təqdim etmədiyini iddia edib.
Tramp bu məlumata münasibət bildirərkən İrana heç bir təklif təqdim etmədiyini vurğulayıb. O, "Axios"un və bəzi digər media qurumlarının məlumatını "saxta xəbərlər" adlandırıb və məlumatın dərhal geri götürülməsini tələb edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, bu cür xəbərlərin yayılmasının səbəbi medianın ona qarşı müxalif mövqeyidir.