ArazNews
Ana Səhifə / Dünya / Ukraynanın qaz boruları vasitəsilə gözlənilməz əməliyyatı: Zelenski işğal olunmuş ərazilərin geri alındığını açıqlayıb!
Dünya

Ukraynanın qaz boruları vasitəsilə gözlənilməz əməliyyatı: Zelenski işğal olunmuş ərazilərin geri alındığını açıqlayıb!

Ukraynanın qaz boruları vasitəsilə gözlənilməz əməliyyatı: Zelenski işğal olunmuş ərazilərin geri alındığını açıqlayıb!

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə qüvvələrinin bir neçə hücum əməliyyatı keçirərək Rusiyanın nəzarətində olan ərazilərin bir hissəsini geri aldığını və Ukraynanın hərbi mövqeyinin son aylardakı ən güclü vəziyyətdə olduğunu bildirib.

"Reuters" agentliyinin məlumatına görə, Zelenski Xarkov vilayətindəki Kupyansk yaxınlığında həyata keçirilən «Veles» xüsusi əməliyyatı barədə məlumat açıqlayıb. Həmin əməliyyat zamanı Ukrayna qüvvələri yeraltı qaz borularından istifadə edərək Rusiya mövqelərinə daxil olublar.

Zelenski iddia edib ki, Ukrayna qüvvələri yeraltı marşrutlarla 15 kilometrdən çox irəliləyib və 30-dan artıq rus hərbçisini əsir götürüb.

O, həmçinin «Vivaldi» əməliyyatlarına və daha bir desant hücumuna toxunaraq bu addımların Rusiya qüvvələrinin irəliləyişinin qarşısını aldığını deyib.

Ukrayna Prezidenti Qərb müttəfiqləri tərəfindən hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasının ölkəsinin hərbi mövqeyini daha da gücləndirə biləcəyini vurğulayıb.