ArazNews
Ana Səhifə / Dünya / Fransa yeni etiraz dalğası ərəfəsində: 70 min polis ayaq üstədir
Dünya

Fransa yeni etiraz dalğası ərəfəsində: 70 min polis ayaq üstədir

Fransa yeni etiraz dalğası ərəfəsində: 70 min polis ayaq üstədir

31 oktyabr, şənbə günü keçirilən etirazlar iki həftə əvvəl Fransanın müxtəlif şəhərlərində mağazaların və ictimai binaların dağıdılaraq talan edildiyi iğtişaşlardan sonra başlayır.

Yaşayış xərclərinin artmasına, təhsilin pis vəziyyətinə və ictimai xidmətlərin azalmasına etiraz edən qruplar arasında tələbələr, işçi həmkarlar ittifaqları və «Sarı jiletlər» hərəkatı da var.

Fransanın daxili işlər naziri zorakılıq təhlükəsinin yüksək olduğunu bildirib və qəti tədbirlər görüləcəyini vəd edib.

Etirazlar Avropanın digər ölkələrinə də yayılıb. Almaniyanın 30-dan çox şəhərində də etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda Fransa dövlətinin borc böhranı və büdcə məhdudiyyətləri Parisin etirazçıların tələblərinə cavab vermək imkanını azaldıb.