ABŞ Dövlət Departamenti Ukraynaya 500 ədəd Patriot PAC-3 tutucu raketinin mümkün satışını təsdiqlədiyini açıqlayıb. Bu addım Kiyevin Rusiyanın raket hücumlarına qarşı hava hücumundan müdafiə imkanlarını gücləndirə bilər.
Reuters agentliyinin məlumatına görə, qərar oktyabrın 30-da, cümə günü elan olunub. Silah paketinə 2,1 milyard dollar dəyərində təkmil raketlər, ehtiyat hissələri və dəstək xidmətləri daxildir.
Bu alışın xərcləri Kanada, Almaniya, Norveç və Avropa İttifaqının maliyyə mənbələrinin iştirakı ilə qarşılanacaq.
Qərar Ukrayna prezidenti Volodimir Zelenski həyati əhəmiyyətli raket partiyalarının təsdiqlənməsində təxminən bir aylıq gecikməni tənqid etdikdən sonra qəbul edilib.
Vaşinqtonun təsdiqinə baxmayaraq, raketlərin təhvil verilmə vaxtı hələ müəyyən edilməyib.