ArazNews
Ana Səhifə / Bölgə / Məkkə müdafiə paktı Türkiyə parlamentinin komissiyasında təsdiqlənib
Bölgə

Məkkə müdafiə paktı Türkiyə parlamentinin komissiyasında təsdiqlənib

Məkkə müdafiə paktı Türkiyə parlamentinin komissiyasında təsdiqlənib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası «Məkkə paktı»nı təsdiqləyib. Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Cümhuriyyət Xalq Partiyası pakta lehinə səs verib. Türkiyə parlamentinin plenar iclası sənədi noyabr ayında müzakirə edəcək.

Türkiyə bu paktı daha əvvəl imzalayıb. Sənədin mətninə əsasən, üzv ölkələrdən birinə hücum bütün üzvlərə hücum hesab olunur. Digər ölkələr də hücuma məruz qalan ölkəyə kömək etməlidir.

Silahlı qüvvələr arasında koordinasiya və müdafiə sənayesi sahəsində əməkdaşlıq paktın digər müddəaları sırasındadır. Zərurət yarandıqda üzv ölkələr hərbi potensiallarını yerləşdirməklə də bir-birinə dəstək verəcəklər.