ArazNews
Ana Səhifə / Bölgə / Reuters: Hizbullah Tehrandan aldığı on milyonlarla dollarla İsraillə yeni müharibəyə hazırlaşır
Bölgə

Reuters: Hizbullah Tehrandan aldığı on milyonlarla dollarla İsraillə yeni müharibəyə hazırlaşır

Reuters: Hizbullah Tehrandan aldığı on milyonlarla dollarla İsraillə yeni müharibəyə hazırlaşır

Reuters Livan təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, Hizbullah son üç ayda İslam Respublikasından on milyonlarla dollar alıb. Qruplaşma bu vəsaitlə İsraillə mümkün yeni müharibəyə hazırlaşır.

Hizbullah iyun ayından etibarən toqquşmaların azaldığı dövrdən hərbi potensialını bərpa etmək üçün istifadə edib. Qruplaşmanın əsas diqqəti partlayıcı maddələrin əldə olunmasına və İsrail mövqelərinə zərbə endirmək üçün hücum dronlarının istehsalına yönəlib. İsrail ordusu ilə əvvəlki müharibələrdə zərər görmüş komandanlıq strukturu da bərpa edilir.

Həmin mənbələrin sözlərinə görə, Hizbullah hələ də silah ehtiyatlarını və döyüşçü qüvvələrini istədiyi səviyyəyə çatdıra bilməyib. Qruplaşma hazırlıq vəziyyətindədir və ABŞ ilə İslam Respublikası arasındakı gərginliyin Livanı yenidən İsraillə müharibə meydanına çevirəcəyindən narahatdır.