ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) indiyədək gördüyü bəlkə də «ən pis və ən axmaq» saziş adlandırıb. O, Barak Obamanın bu sazişlə bağlı sözlərinə münasibət bildirərək deyib ki, Obama İran rejiminə milyardlarla dollar nağd pul verib.
Trampın sözlərinə görə, Obama pul ödəməklə bu məsələni bağlamaq istəyirdi. Lakin Tehran bu pulu nüvə silahı hazırlamaq cəhdlərinə xərcləyib və müxtəlif yerlərdən çoxlu raket alıb.
Tramp əlavə edib: «Onlar Obamanın sadəlövh olduğunu düşünürdülər. Onlar sadəlövh insanlardan sui-istifadə edirlər, amma mən sadəlövh deyiləm».