ArazNews
Ana Səhifə / Xəbər / UNESCO və UNICEF-in yeni hesabatı: Əfqanıstan universitetlərində qızların sayı sıfıra enib
Xəbər

UNESCO və UNICEF-in yeni hesabatı: Əfqanıstan universitetlərində qızların sayı sıfıra enib

UNESCO və UNICEF-in yeni hesabatı: Əfqanıstan universitetlərində qızların sayı sıfıra enib

BMT-yə bağlı iki qurum olan UNESCO və UNICEF Əfqanıstanda təhsilin vəziyyəti ilə bağlı yeni hesabat yayaraq xəbərdarlıq edib. Hesabatda qeyd olunur ki, qadınların universitetlərdə təhsil almasına qadağa qoyulduqdan sonra ölkənin ali təhsil müəssisələrində qız tələbələrin sayı sıfıra enib.

Bu iki qurum bildirib ki, Əfqanıstanın təhsil sistemi hazırda geniş miqyaslı böhranlarla üz-üzədir.