İranın Saderat Bankı Almaniyadakı fəaliyyətini tamamilə dayandırmalıdır. Almaniyanın maliyyə nəzarəti orqanı BaFin qaydaların davamlı şəkildə pozulmasına görə bankın lisenziyasını ləğv edib və oktyabrın 22-də, cümə axşamı onun ləğvi barədə göstəriş verib.
BaFin-in məlumatına görə, 2023-cü ildə aparılan yoxlama bankın strukturunda və idarəetməsində ciddi çatışmazlıqları aşkara çıxarmışdı. Ləğv barədə göstərişə əsasən, bankın Almaniya ərazisindəki əməliyyatları yekunlaşdırılmalı və tamamilə bağlanmalıdır.
Saderat Bankı İranın ən böyük banklarından biridir. ABŞ Maliyyə Nazirliyi 2006-cı ildən bu bankı Livan Hizbullahına pul köçürməkdə ittiham edərək ona sanksiya tətbiq edib və onu ABŞ-ın maliyyə sistemindən kənarlaşdırıb.