Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai danışıqların dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, Tehranın «yeddi yeni şərti» yerinə yetirilməyənədək İslam Respublikası nə Hörmüz boğazını açacaq, nə də danışıqlara qayıdacaq. Bu şərtlər vasitəçilər yolu ilə ABŞ-yə çatdırılıb. Rzai iddia edib ki, Tehran ABŞ-ni danışıqlar masasına gətirən «rıçaqdan» öhdəliklər icra olunmamış əl çəkməyəcək.
Ali Milli Təhlükəsizlik Şurasının katibi daha sonra təhdidlər səsləndirib. O bildirib ki, müharibə baş verərsə, dənizaltı internet kabelləri, məlumat mərkəzləri və süni intellekt obyektləri hücum hədəfinə çevrilə bilər. Rzai xəbərdarlıq edib ki, İslam Respublikasına qarşı atılan istənilən addımın «bədəli var».
O deyib ki, bu dəfə təminat birbaşa sazişin strukturuna daxil ediləcək. Onun açıqladığı ardıcıllıq belədir: əvvəlcə ABŞ öhdəliklərini yerinə yetirir, daha sonra Tehran boğazın açılması ilə bağlı qərar qəbul edir. Gəmiçilik də Omanla razılaşdırılmış yeni qaydalar əsasında bərpa olunacaq.