ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İslam Respublikası ilə danışıqlar aparmadığını açıqlayıb. O, tezliklə İranla bağlı yeni hadisələrin baş verəcəyi barədə xəbərdarlıq edib.
Tramp jurnalistlərə deyib: «Düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. Hər halda, bu və ya digər şəkildə, nisbətən tezliklə nəsə baş verəcək».
O, ABŞ-dakı aralıq seçkilərinə toxunaraq əlavə edib: «İnsanların əksəriyyəti bunun seçkilərdən sonra baş verəcəyini düşünür, amma görək nə olacaq».
Tramp həmçinin administrasiyasının İslam Respublikasına qarşı fəaliyyətini vurğulayaraq deyib: «İranla məhdud münaqişəmiz var, lakin hərbi və maliyyə baxımından çox yaxşı nəticələr göstərmişik».
Bu açıqlamalar ABŞ və İsrailin 3 noyabr seçkilərindən sonra İrana yeni hücumlar etməyə hazırlaşdığı barədə xəbərlərlə eyni vaxta təsadüf edir.