İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi oktyabrın 21-də, çərşənbə günü ölkədə «müharibə» vəziyyəti olduğunu və müharibənin davam etdiyini deyib. O, Milli İxrac Günü münasibətilə keçirilən tədbirdə İranın hələ sülhə nail olmadığını əlavə edib. Onun sözlərinə görə, bütün qərarlar məhz bu müharibə vəziyyəti çərçivəsində qəbul edilməlidir.
Əraqçi bildirib ki, ixracatçılar xarici sanksiyalarla yanaşı, «daxili sanksiyalarla» da mübarizə aparmalı olurlar. Onun sözlərinə görə, «sanksiya tacirləri» bu şəraitdən külli miqdarda gəlir əldə edir və «xalqın qanı hesabına dolanırlar».
Xarici işlər naziri İranın sərhədlərinin gediş-gəliş məkanı olmaq əvəzinə «dayanma yerinə» çevrildiyini deyib. O, ixracatçıları iqtisadi müharibənin «ön cəbhə əsgərləri» adlandırıb.