ArazNews
Ana Səhifə / İran / «İqtisadi təcrid» əməliyyatı davam edir: ABŞ İranın 9 gəmisinə və 4 şirkətinə sanksiya tətbiq edib
İran

«İqtisadi təcrid» əməliyyatı davam edir: ABŞ İranın 9 gəmisinə və 4 şirkətinə sanksiya tətbiq edib

«İqtisadi təcrid» əməliyyatı davam edir: ABŞ İranın 9 gəmisinə və 4 şirkətinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi oktyabrın 21-də, çərşənbə günü İslam Respublikası ilə əlaqəli 5 şəxsə, 4 şirkətə və 9 gəmiyə sanksiya tətbiq edib. Bu sanksiyalar «İqtisadi təcrid» əməliyyatının bir hissəsidir. Onların hədəfi sanksiyalardan yan keçərək İranın neftini, neft-kimya məhsullarını və digər mallarını daşıyan şəbəkələrdir.

Panama və Yunanıstanda ofisləri olan «Karnakis və Karnakis» hüquq firması da yeni siyahıya daxil edilib. ABŞ Maliyyə Nazirliyi bu şirkəti İslam Respublikasının gəmiçilik şəbəkəsi üçün paravan şirkət yaratmaqda ittiham edib. Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Panamada fəaliyyət göstərən bir neçə gəmiçilik şirkətinə də sanksiya tətbiq olunub.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İslam Respublikasının iqtisadiyyatına kömək edənləri müəyyənləşdirməyə və onlara qarşı sanksiyalar tətbiq etməyə davam edəcək. Nazirliyin açıqlamasına görə, məqsəd hakimiyyətin hərbi, silahlanma və nüvə proqramlarına xərclədiyi gəlirlərin qarşısını almaqdır.