ArazNews
Ana Səhifə / Dünya / Tramp Fransadakı etirazları miqrasiya ilə əlaqələndirib: «Avropa sərhədlərini bağlamasa, sağ qalmaq şansı yoxdur»
Dünya

Tramp Fransadakı etirazları miqrasiya ilə əlaqələndirib: «Avropa sərhədlərini bağlamasa, sağ qalmaq şansı yoxdur»

Tramp Fransadakı etirazları miqrasiya ilə əlaqələndirib: «Avropa sərhədlərini bağlamasa, sağ qalmaq şansı yoxdur»

ABŞ prezidenti Donald Tramp Fransa, İtaliya və digər Avropa ölkələrindəki qarışıqlıqları miqrasiya siyasətinin nəticəsi adlandırıb. O, Fransada zorakı etirazlar davam etdiyi vaxt Ağ Evin qarşısında jurnalistlərə deyib ki, Avropa sərhədlərini bağlamasa və «cinayətkarları, məsələn, etirazçıları» ölkədən çıxarmasa, «işi bitmiş olacaq».

Tramp bildirib ki, on ildir avropalılara sərhədləri bağlamağı və öz ölkələrinə nifrət edənləri ölkədən çıxarmağı deyir. O, Fransadakı hadisələrin kökündə məktəblərin və ya digər daxili məsələlərin deyil, miqrasiyanın dayandığını iddia edib.

ABŞ prezidenti xatırladıb ki, illər əvvəl Makrona sərhədləri bağlamağı tövsiyə edib. Onun sözlərinə görə, o zaman Parisin tezliklə «müsəlman şəhərinə» çevriləcəyi barədə xəbərdarlıq edib. Tramp əlavə edib ki, ABŞ Avropanı dəstəkləyir, lakin avropalılar «öz yollarını tapmasalar», ABŞ Avropanı tərk etmək məcburiyyətində qala bilər.