ArazNews
Ana Səhifə / Dünya / Trampın Ukrayna müharibəsini bitirmək üçün yeni missiyası: Uitkoff Zelenski ilə görüşəcək, Putinlə də görüşməyə ümid edir
Dünya

Trampın Ukrayna müharibəsini bitirmək üçün yeni missiyası: Uitkoff Zelenski ilə görüşəcək, Putinlə də görüşməyə ümid edir

Trampın Ukrayna müharibəsini bitirmək üçün yeni missiyası: Uitkoff Zelenski ilə görüşəcək, Putinlə də görüşməyə ümid edir

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Avropaya yola düşür. O, Ukrayna və Avropa ölkələrinin liderləri ilə Rusiya-Ukrayna müharibəsini bitirmək üçün yeni plan hazırlanmasını müzakirə edəcək.

Axios-un məlumatına görə, Uitkoff oktyabrın 20-də, çərşənbə axşamı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə görüşəcək. Məsləhətləşmələrdə Böyük Britaniya, Fransa, Almaniya və Polşanın nümayəndələri də iştirak edəcək.

Məlumata əsasən, Uitkoff Oslodakı görüşdən sonra Rusiyaya getməyi planlaşdırır. O, Vladimir Putinlə görüşüb Vaşinqtonun və Avropa müttəfiqlərinin müharibəni bitirmək üçün yeni təkliflərini ona təqdim edə biləcəyinə ümid edir.

Bu diplomatik təşəbbüs Trampın Rusiya siyasəti ilə bağlı Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının artdığı vaxta təsadüf edir.