ArazNews
Ana Səhifə / Dünya / Rusiyanın Xarkova ölümcül PUA hücumu: 14 aylıq körpə, 11 yaşlı qız və bir ana həyatını itirib
Dünya

Rusiyanın Xarkova ölümcül PUA hücumu: 14 aylıq körpə, 11 yaşlı qız və bir ana həyatını itirib

Rusiyanın Xarkova ölümcül PUA hücumu: 14 aylıq körpə, 11 yaşlı qız və bir ana həyatını itirib

Rusiya pilotsuz uçuş aparatlarının Ukraynanın Xarkov vilayətinə hücumu nəticəsində ən azı altı mülki şəxs, o cümlədən üç uşaq həlak olub, 15 nəfər yaralanıb. Hücum oktyabrın 19-da, bazar ertəsi günü Nova Vodolaha qəsəbəsindəki parka endirilib. Həmin vaxt parkda ailələr və uşaqlar olub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücumda həlak olanlar arasında uşaq arabasında olan 14 aylıq körpə, onun anası və 11 yaşlı qız da var. Hücumu pisləyən Zelenski Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.