Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müdafiə sənayesindəki inkişafını davam etdirməsi ilə yaxın zamanda bu sahədə dünyanın ən çox ixracat edən 10 ölkəsi arasına girəcəyini açıqlayıb.
Araz Newsun Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Nyu-Yorkda keçirilən "Türkiyə-ABŞ dostluğunun 100 ili" proqramında Ankara ilə Vaşinqton arasında müdafiə əməkdaşlığının, o cümlədən birgə istehsalın genişləndirilməsinin hər iki ölkənin xeyrinə olacağını deyib.
Ərdoğan həmçinin Türkiyənin müdafiə sənayesi şirkətlərinin son illərdə dünya bazarının diqqətəlayiq oyunçularına çevrildiyini və Ankaranın ABŞ ilə müdafiə, enerji və qabaqcıl texnologiya başda olmaqla strateji sahələrdə əməkdaşlığı genişləndirmək istədiyini vurğulayıb.