ArazNews
Ana Səhifə / İran / Məhəmmədrza Arif, prezidentin birinci müavini: Qalibaf "yadelli nüfuzu" adlı layihəni Məclisin gündəliyindən çıxaracağına söz verdi
İran

Məhəmmədrza Arif, prezidentin birinci müavini: Qalibaf "yadelli nüfuzu" adlı layihəni Məclisin gündəliyindən çıxaracağına söz verdi

Məhəmmədrza Arif, prezidentin birinci müavini: Qalibaf

Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif "ölkədə yadelli nüfuzu ilə mübarizə" adlı qanun layihəsini tənqid edərək bildirib ki, Məclisin sədri Məhəmmədbaqir Qalibaf bu layihəni Məclisin gündəliyindən çıxaracağına söz verib. Onun sözlərinə görə, bu baş verməsə belə, digər qurumlarla, o cümlədən Məsləhət Görülən Mənafelərin Müəyyənləşdirilməsi Məclisi ilə məsləhətləşmələr vasitəsilə məsələni həll etmək lazımdır.

Arif xəbərdarlıq edib ki, əgər layihə mövcud formada və üsulla qəbul edilərsə, bu, ölkənin elm və texnologiya sektoruna 1402-ci (2023/2024-cü) il qanunundan daha ağır zərbə vuracaq.