Aksios hazırladığı hesabatda İranın iqtisadi böhranının kəskinləşməsinə dair beş əsas əlaməti araşdıraraq yazıb ki, Donald Trampın administrasiyası maliyyə təzyiqlərini artırmaqla və dəniz blokadası tətbiq etməklə İslam Respublikasını geri çəkilməyə məcbur etməyə çalışır.
Aksiosun məlumatına görə, bu beş göstərici rialın dəyərinin süqutu, inflyasiyanın sıçrayışı, əhaliyə dolanışıq təzyiqinin artması, neft ixracının çökməsi, iş yerlərinin itirilməsi və resessiya riskinin yüksəlməsidir.
Hesabatda bildirilir ki, bazar ertəsi günü dollarin dəyəri təxminən 202 min tümənə çatıb, halbuki müharibə başlamazdan əvvəl bu rəqəm təxminən 165 min tümən olub. İranın Statistika Mərkəzi də iyul ayında ərzaq və içki məhsullarının illik inflyasiyasının 128 faizdən çox olduğunu bildirib.
Aksios yazır ki, ABŞ-ın blokadası İslam Respublikasının ən mühüm gəlir mənbələrindən biri olan neft ixracını ciddi şəkildə məhdudlaşdırıb. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu hazırda İranın iqtisadiyyatının bu il 5,4 faiz kiçiləcəyini proqnozlaşdırır.
Bu media qeyd edir ki, Vaşinqtonun məqsədi iqtisadi təzyiqi Tehranın geri çəkilməyə razı olacağı həddə qədər artırmaqdır; bununla belə, İslam Respublikasının ABŞ-ın tələblərinə boyun əyməyə hazır olduğuna dair hələ də aydın bir əlamət görünmür.