Milli Şuranın Milli Təhlükəsizlik Komissiyasının üzvü Xəzriyyan, Çabahar şəhərindəki ordu istirahət mərkəzinə edilən hücuma İslam Respublikasının hərbi cavabı barədə açıqlama verib.
O, bu cavabın bərabər olmadığını, əksinə, ən azı üç qat güclü olduğunu iddia edib. Onun sözlərinə görə, Suriyada ABŞ-ın itkiləri Çabahar hadisəsindəki İran əsgərlərinin itkilərindən çox olub.
Xəzriyyan daha sonra Küveyti də hədəf alıb. O bildirib ki, Küveyt ərazisindən həyata keçirilən hücumları birbaşa hücum kimi qiymətləndirirlər və müharibənin sonunda bu ölkənin vəziyyəti adi olmayacaq. Deputat əlavə edib ki, Küveyt xüsusi qaydada "cəzalandırılacaq".