ArazNews
Ana Səhifə / İran / Əraği: Xaməneyini öldürən nüfuz şəbəkəsi hələ də fəaliyyətdədir
İran

Əraği: Xaməneyini öldürən nüfuz şəbəkəsi hələ də fəaliyyətdədir

Əraği: Xaməneyini öldürən nüfuz şəbəkəsi hələ də fəaliyyətdədir

İran rejiminin xarici işlər naziri Abbas Əraği bildirib ki, İsrailə Ali Xaməneyinin və İslam Respublikasının yüksək vəzifəli şəxslərinin toplantı yerini müəyyən edib hədəf almağa imkan verən kəşfiyyat sızması ehtimal ki hələ də aradan qaldırılmayıb.

O qeyd edib ki, fevralın 28-i səhəri Pəzişkyana «ölkənin müharibə mühitində olduğunu» xəbərdar etmişdi. Ardından saat 9 radələrində Xaməneyinin ofisinin məsullarından biri olan Əliasgər Mirhicazi ilə görüşüb, bundan qısa müddət sonra isə İsrail Tehranda Xaməneyinin yüksək rütbəli şəxslərlə iclasda iştirak etdiyi binaya zərbə endirib.

Əraginin sözlərinə görə, hücum zamanı Xaməneyi öz kabinetində imiş, eyni zamanda Xarici Münasibətlər Strateji Şurasının həftəlik iclası və Müdafiə Şurasının toplantısı da keçirilirmiş. O bildirib ki, həmin dövrdə bu iclasların eyni vaxtda keçirilməsi qeyri-adi deyildi, lakin düşmənin onların vaxtından və yerindən xəbərdar olması ehtimal ki hələ də davam edən «kəşfiyyat sızmasına» dəlalət edir.

Ali Xaməneyi fevralın 28-i hücumlarının ilk dalğasında həlak olub; məlumatlara görə, bu əməliyyat zamanı İslam Respublikasının təxminən 40 komandiri və yüksək rütbəli digər şəxsləri də hədəf alınıb.