ArazNews
Ana Səhifə / İran / Mahşəhr işçilərinin hüquqları müharibə kölgəsində tapdalanır; gecikdirilmiş əməkhaqqı və qanunsuz işdənçıxarmalar
İran

Mahşəhr işçilərinin hüquqları müharibə kölgəsində tapdalanır; gecikdirilmiş əməkhaqqı və qanunsuz işdənçıxarmalar

Mahşəhr işçilərinin hüquqları müharibə kölgəsində tapdalanır; gecikdirilmiş əməkhaqqı və qanunsuz işdənçıxarmalar

Bəndər İmam və Mahşəhr İşçi Evinin icraçı katibi bildirib ki, müharibə şəraitinə baxmayaraq, bölgənin bəzi sənaye və neft-kimya müəssisələri işçilərin hüquqlarını tapdalayır.

İLNA xəbər agentliyinə istinadən İbrahim Pirayeş açıqlayıb ki, ABŞ-ın əvvəlki gecə həyata keçirdiyi hücumlarda bölgənin neft-kimya müəssisələrindən və sənaye vahidlərindən heç biri zərər görməyib; müəssisələr işçi heyətinin 30 faizinin iştirakı ilə fəaliyyətini davam etdirir.

O əlavə edib ki, bəzi müəssisələrdə işçilərin əməkhaqqı gecikdirilir, bir sıra şirkətlər isə müharibə şəraitindən sui-istifadə edərək yuxarı instansiyaların qərarlarına zidd şəkildə işçi ixtisar edir. Pirayeş Marun Neft-Kimya Müəssisəsinin törəmə şirkəti olan Petronadi layihənin başa çatması bəhanəsilə bir qisim işçini işdən çıxaran və onların etirazlarını bu günə qədər nəticəsiz buraxan müəssisələrdən biri kimi göstərib. O vurğulayıb ki, nəzarət orqanları cənubun neft-qaz sənayesində, xüsusilə bu müharibə şəraitində işçilərin hüquqlarının tapdalanmasına yol verməməlidir.