İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri üçüncü iclas heyəti seçkilərində Şiraz deputatı İbrahim Əzizini üçüncü il ardıcıl olaraq komissiya sədri seçdilər.
Həmin seçkilərdə Abbas Müqtədai və Əmir Həyatməqdam sədr müavinləri, Behnam Səidi və Yəqub Rzazadə katiblər, Həsən Qəşqavi isə Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü təyin edildi.
Əmir Həyatməqdam sədr müavini vəzifəsində Mahmud Nəbəviyanın, Yəqub Rzazadə katib vəzifəsində Ruhullah Nəcabətin, Həsən Qəşqavi isə sözçü vəzifəsində İbrahim Rzainin yerini tutdu.