ArazNews
Ana Səhifə / İran / Kan: «Mossad silahlı Kürd qruplarını İslam Respublikasını devirməк üçün İrana soxmaq istəyirdi»
İran

Kan: «Mossad silahlı Kürd qruplarını İslam Respublikasını devirməк üçün İrana soxmaq istəyirdi»

Kan: «Mossad silahlı Kürd qruplarını İslam Respublikasını devirməк üçün İrana soxmaq istəyirdi»

İsrailin «Kan» televiziyası xəbər verib ki, Mossadın İslam Respublikasını devirməyə yönəlmiş planı yalnız hava zərbələri və kəşfiyyat əməliyyatları ilə məhdudlaşmırdı — plan İran ərazisində silahlı Kürd qruplarının iştirakı ilə həyata keçiriləcək bir yerüstü əməliyyatı da əhatə edirdi.

Kan televiziyasının məlumatına görə, Kürd qüvvələrinin aktivləşdirilərək İran ərazisinə daxil olmasından sonra onlara İsrail Hərbi Hava Qüvvələrinin hava örtüyü və dəstəyi verilməsi nəzərdə tutulmuşdu. Planın məqsədi İran rejiminə qarşı bir yerüstü cəbhə açmaq və Kürd qruplarından rejimi devirməyə yönəlik hədəflər və əməliyyatlar üçün istifadə etmək olaraq qeyd edilib.

Kan iddia edib ki, Türkiyə bu ssenarinin həyata keçirilməsinə qarşı xəbərdarlıq etmişdi. Əvvəlki hesabatlar göstərirdi ki, Türkiyənin, həmçinin Azərbaycan cəmiyyətinin müəyyən hissəsinin əsas narahatlığı terror qruplarının Azərbaycanın qərb bölgələrindəki fəaliyyətinin genişlənməsi ehtimalı ilə bağlı olub.

Bu hesabat göstərir ki, Mossad İrandakı hakimiyyəti dəyişdirmək planında Kürd vəkil qüvvələrindən istifadəyə və onların irəliləyişini hava dəstəyi ilə təmin etməyə hesablamışdı — belə bir plan isə İslam Respublikasına qarşı müharibəyə əlavə olaraq Cənubi Azərbaycan bölgələrinin təhlükəsizliyini və ərazi bütövlüyünü də təhdid altına qoya bilərdi.