İran İslam Respublikası ordusu bildirib ki, "Saiqə əməliyyatı"nın onuncu mərhələsində Araş pilotsuz uçuş aparatları Küveytdəki Əli əs-Salim hava bazasında ABŞ qüvvələrinə məxsus radar sistemlərini, "Patriot" hava müdafiə sistemlərini və yanacaq anbarlarını hədəf alıb.
Həmin açıqlamaya görə, digər bir dalğada Bəhreyndəki Şeyx İsa bazasının hava müdafiə sahəsindəki "Super Hawk" radarları və "Patriot" qurğuları da pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb. Ordu iddia edib ki, ABŞ-a məxsus təyyarə dəstəyi bölmələrinə ev sahibliyi edən həmin baza, ordunun və İslam İnqilab Keşikçiləri Korpusunun raket və pilotsuz uçuş aparatı zərbələri nəticəsində ciddi zərər görüb.