«Drop Site News»un məlumatına görə, İslam Respublikası İran İsveçrə danışıqları zamanı ABŞ vitse-prezidenti Cey-Di Vensa məxfi mesaj göndərərək Cared Kuşner və Stiv Vitkoffun danışıqlardan «sui-istifadə etdikləri» barədə xəbərdarlıq edib. Tehran iddia edib ki, həmin iki şəxs razılaşmaya nail olmaqdan çox məxfi məlumatlardan maddi qazanc əldə etməklə maraqlanır.
İran «Trampa yaxın şəxslər»in bazar manipulyasiyasından əldə edilən mənfəətin 9 milyard dollar olduğunu hesablayıb və rəsmi şəkildə tələb edib ki, bu məbləğin 4,5 milyard dolları vasitəçilər aracılığıyla İrana ayrılsın. İranlı məmur əlavə edib ki, mübadilə edilən mesajların mətni nəticədə tarixi sənədlərin bir hissəsinə çevriləcək.
Tehran həmçinin narahatlığını bildirib ki, Kuşner və Vitkoff demək olar hər gün Binyamin Nətanyahu və Mossad rəisi ilə danışır, danışıqların daxili məlumatlarını isə İsrail tərəfinə ötürür. Tramp administrasiyası bu iddiaları rədd edib, İran isə sənədləri ictimaiyyətə açıqlayacağını bildirib.