ArazNews
Ana Səhifə / İran / İsrail Hayom: ABŞ və İsrail İslam Respublikasının devrilməsi variantlarını araşdırır
İran

İsrail Hayom: ABŞ və İsrail İslam Respublikasının devrilməsi variantlarını araşdırır

İsrail Hayom: ABŞ və İsrail İslam Respublikasının devrilməsi variantlarını araşdırır

İsrail Hayom qəzeti regional və qərb diplomatik mənbələrinə istinadən hazırladığı xəbərdə iddia edib ki, ABŞ, İsrail və bölgənin bəzi ölkələri İslam Respublikasını zəiflətmək və nəticədə devirməyə yönəlik yolları araşdırır.

Həmin xəbərdə həmçinin iddia olunur ki, İrandakı daxili ixtilafların güclənməsi fonunda prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçi radikal cərəyanların və Məhəmməd Korpusu komandanlarının artan təzyiqi ilə üzləşib; hətta Pezeşkian hökumətinin kənarlaşdırılması ehtimalı da gündəmə gəlib.

İsrail Hayom öz mənbələrinə istinadən iddia edib ki, Abbas Araqçi vasitəçilərlə əlaqə saxlayaraq İran hökumətinin ABŞ ilə razılaşmanın şərtlərinə və Hörmüz boğazında gəmilərə hücumların dayandırılmasına dair Məhəmməd Korpusunun razılığını ala bilmədiyini bəyan edib.

Qəzet eyni zamanda iddia edir ki, Vaşinqton və Tel-Əviv tərəfindən araşdırılan variantlardan biri İran rejiminə təzyiqi artırmaq məqsədilə iqtisadi təzyiqlərin yenidən gücləndirilməsi və sanksiyaların tam bərpa edilməsidir.

Bu xəbərdə irəli sürülən iddialar anonim mənbələrə əsaslanır və indiyədək İslam Respublikası sətkililəri, ABŞ və ya müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.