Tehran və İrəvan arasında «strateji tərəfdaşlıq sazişi»nin imzalanmasına dair danışıqlar dayandırılmış olsa da, erməni təhlilçi Armen Ayvazyalı İran ilə Ermənistan arasında təcili strateji və hərbi ittifaqın yaradılmasını tələb edib.
Müsavata istinadən; o, İranın son müharibədən sonra bölgədə daha çox nüfuz və güc qazandığını, Tehranın öz maraqlarına təhdid kimi gördüyü layihələrin həyata keçirilməsinin qarşısını ala biləcəyini iddia edib.
Bu açıqlamalar iki ölkə arasındakı Zəngəzur dəhlizi məsələsindəki anlaşılmazlıqlar, İrəvandakı İran səfirliyi qarşısında etirazlar və Tehranın Ermənistanda ABŞ nüfuzunun genişlənməsindən duydugu narahatlığın ikitərəfli münasibətlərə kölgə saldığı bir dövrdə səslənib.
Bunun əksinə olaraq, Azərbaycanli təhlilçi Ramal Məmmədli bu təklifi qeyri-real hesab edərək bildirib ki, Nikol Paşinyanın hökuməti öz təhlükəsizliyini və siyasi gələcəyini İran və Rusiya ilə ittifaqda deyil, ABŞ və Avropa İttifaqına yaxınlaşmaqda axtarır.