Azərbaycan prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib ki, İranda müharibənin dayandırılması Azərbaycan Respublikasında sevinclə qarşılanıb.
Əliyev Azərbaycanın atəşkəs elan edilən kimi dərhal rəsmi mövqeyini açıqladığını vurğulayaraq deyib: «Arzulayıram ki, bölgədə heç bir müharibə baş verməsin.»
Azərbaycan prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycan, həm də İran keçmişdə müharibənin nəticələrindən əziyyət çəkib və məhz bu səbəbdən sülh və sabitlik bölgə xalqları üçün xüsusi əhəmiyyət daşıyır.