ABŞ Prezidenti Donald Tramp çərşənbə günü günortadan sonra Ağ Evin “Vəziyyət Otağı”nda İrana qarşı yeni hücum variantlarını nəzərdən keçirmək üçün iclas keçirib.
Bu toplantı Trampın jurnalistlərə ABŞ-ın “bu gün İranı yenidən sərt şəkildə vuracağını” deməsindən cəmi bir neçə saat sonra baş tutub.
ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, masadakı variantlardan biri genişmiqyaslı, lakin qısamüddətli hərbi əməliyyatdır. Bildirilir ki, bu əməliyyatın məqsədi Tehranın danışıqlardakı mövqeyini dəyişməyə məcbur etməkdir.
ABŞ-dan iki mənbə xəbəri təsdiqləsə də, nəzərdən keçirilən variantların detalları barədə əlavə məlumat verməyib.