ArazNews
Ana Səhifə / Xəbər / Trampın İrana qarşı yeni təhdidləri fonunda: CENTCOM ABŞ paraşütçülərinin Yaxın Şərqdə təlim keçdiyini açıqlayıb
Xəbər

Trampın İrana qarşı yeni təhdidləri fonunda: CENTCOM ABŞ paraşütçülərinin Yaxın Şərqdə təlim keçdiyini açıqlayıb

 Trampın İrana qarşı yeni təhdidləri fonunda: CENTCOM ABŞ paraşütçülərinin Yaxın Şərqdə təlim keçdiyini açıqlayıb


ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə yerləşən Amerika paraşütçü qüvvələrinin atıcı silahlarla döyüş hazırlığı təlimi keçirdiyini açıqlayıb.


CENTCOM sosial şəbəkələrdə yaydığı məlumatda bildirib ki, ABŞ ordusunun paraşütçüləri təlim çərçivəsində döyüş şəraitində atış məşqləri həyata keçiriblər.


Bu məlumat ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi əməliyyat ehtimalı ilə bağlı son açıqlamaları ilə eyni vaxta təsadüf edir. Məlumatlara görə, Vaşinqton İran ərazisində quru qoşunlarının yerləşdirilməsi variantını da nəzərdən keçirir.