ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatlarına çıxış əldə etmək üçün İran rejimi ilə hər hansı razılaşmaya ehtiyacı yoxdur və Tehran bunun qarşısını almaq gücündə deyil.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ istədiyi halda İranın zənginləşdirilmiş uranına razılaşma olmadan da çıxış əldə edə bilər.
Tramp həmçinin İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşmək istəmədiyini bildirib. Bununla yanaşı, o əlavə edib ki, əgər tərəflər arasında razılaşma əldə olunarsa, belə bir görüşün keçirilməsi mümkündür.
ABŞ prezidentinin açıqlamaları Vaşinqton və Tehran arasında nüvə proqramı və atəşkəsin gələcəyi ilə bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edir.