ArazNews
Ana Səhifə / Bölgə / İslam Respublikasının hücumlarından qorxu kölgəsində; ABŞ səfirliyi Ərdəndəki vətəndaşlarına: Evdən çıxmayın
Bölgə

İslam Respublikasının hücumlarından qorxu kölgəsində; ABŞ səfirliyi Ərdəndəki vətəndaşlarına: Evdən çıxmayın

İslam Respublikasının hücumlarından qorxu kölgəsində; ABŞ səfirliyi Ərdəndəki vətəndaşlarına: Evdən çıxmayın

ABŞ-ın Ərdəndəki səfirliyi İslam Respublikasının hücumları ehtimalına işarə edərək bu ölkənin vətəndaşlarını xəbərdar etdi ki, evin xaricində olmaq təhlükəlidir və sirenlər də daxil olmaqla bütün xəbərdarlıqları diqqətlə izləmək lazımdır.

Səfirlik ABŞ vətəndaşlarından ümumi təhlükəsizlik tövsiyələri və fövqəladə sirenlərə dair izahatlar üçün Ərdənin Milli Təhlükəsizlik və Böhran İdarəetmə Mərkəzinin veb-saytlarına müraciət etmələrini xahiş etdi.

Bundan əlavə, amerikalılardan böyük izdihamlı yerlərə getməkdən çəkinmələri və polisin yerləşdirildiyi bütün ərazilərdən uzaq durmaları tələb olundu.