İslam Respublikasına yaxın analitik Seyyid Məhəmməd Mərandi, Donald Trampın İranın körpülərini və elektrik stansiyalarını bombalamaq barədə təhdidlərinə cavab olaraq bildirib ki, artıq Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və ehtimal ki, Omanın da boşaldılmasının vaxtı çatıb.
Bu açıqlama o mənaya gəlir ki, Trampın təhdidlərinin həyata keçirilməsi halında İslam Respublikası Körfəz ərəb ölkələrini də hədəf alacaq.
Tramp daha əvvəl xəbərdarlıq etmişdi ki, İslam Respublikasının Hörmüz boğazında gəmilərə hər atəşi müqabilində ABŞ İranda bir körpünü və ya elektrik stansiyasını məhv edəcək; hətta bu obyektlər Tehranın yaxınlığında və ya paytaxtin özündə yerləşsə belə.