ArazNews
Ana Səhifə / Dünya / İslamabad: Tehran və Vaşinqtonu danışıqlar masasına qaytarmaq səyləri davam edir
Dünya

İslamabad: Tehran və Vaşinqtonu danışıqlar masasına qaytarmaq səyləri davam edir

İslamabad: Tehran və Vaşinqtonu danışıqlar masasına qaytarmaq səyləri davam edir

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndərabi cümə axşamı, iyulun 16-da İslamabadda keçirilən mətbuat konfransında bildirib ki, ölkəsi İran ilə ABŞ arasındakı münaqişəni dayandırmaq və keçən ayın razılaşması əsasında danışıqları bərpa etmək üçün səylərini davam etdirir. O, bu razılaşmanın icrası qarşısındakı çətinliklərə işarə edərək zorakılığa son qoyulmasını və ekspert səviyyəsində müzakirələrin başlanmasını tələb edib. Əndərabi həmçinin Hörmüz boğazında vəziyyətin mümkün qədər tez normallaşdırılmasının və bu strateji su yolunda gəmiçilik təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayıb.