ArazNews
Ana Səhifə / Bölgə / İraq: Hörmüz Boğazı böhranı bizə 45 milyard dollara qədər zərər vurdu
Bölgə

İraq: Hörmüz Boğazı böhranı bizə 45 milyard dollara qədər zərər vurdu

İraq: Hörmüz Boğazı böhranı bizə 45 milyard dollara qədər zərər vurdu

İraq bildirib ki, Yaxın Şərq müharibəsinin başlanğıcından bu yana ölkə əsasən Hörmüz Boğazı üzərindən neft ixracının kəskin azalması səbəbindən 40 milyard dollardan çox gəlirini itirib.

Reuters agentliyinə istinadən, İraq baş nazirinin maliyyə müşaviri Mazhar Saleh bildirib ki, neft ixracının 90 faiz azalması nəticəsində ölkənin zərəri 2026-cı ilin iyun ayına qədər 40-45 milyard dollar arasında qiymətləndirilib; müharibənin davam etməsi halında isə bu rəqəm 50 milyard dollara çata bilər.

İraq müharibədən əvvəl gündəlik təxminən 3,5 milyon barel neft ixrac edirdi ki, bu da əsasən Hörmüz Boğazı üzərindən həyata keçirilirdi. Lakin bu su yolunun bağlanması ölkəni öz yataqlarının böyük hissəsində istehsalı dayandırmağa məcbur etdi. İraqın neft naziri də açıqlayıb ki, ölkənin aylıq neft gəliri 7-8 milyard dollardan 1,5 milyard dollardan aşağıya düşüb. İraq iqtisadiyyatı gəlirlərinin təxminən 90 faizini neftdən əldə edir.