İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hazırda Qəzza zolağının 60 faizdən çoxuna nəzarət etdiyini, bu göstəricinin yaxın vaxtlarda 70 faizə çatacağını bildirib.
Netanyahu HƏMAS-a qarşı mühasirənin daha da gücləndirildiyini vurğulayaraq, İsrailin bu təşkilatın yenidən silahlanmasına imkan verməyəcəyini deyib.
Eyni zamanda İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzzada HƏMAS-ın hərbi potensialının zəiflədilməsi əməliyyatlarının davam edəcəyini və təşkilatın tərksilah edilməsinə qədər geri çəkilməyəcəklərini bildirib.
Zamir həmçinin Livanda Hizbullaha qarşı təzyiqin artırılması üçün yeni planların təsdiqləndiyini, İordan çayının qərb sahilində silahlı qruplara qarşı əməliyyatların da davam etdiriləcəyini açıqlayıb.
Baş Qərargah rəisi əlavə edib ki, İranla bağlı proseslər də İsrail ordusu tərəfindən davamlı şəkildə izlənilir və qiymətləndirilir.