ArazNews
Ana Səhifə / Xəbər / Pakistan ordusunun komandanından Müctəba Xameneiyə xüsusi məktub
Xəbər

Pakistan ordusunun komandanından Müctəba Xameneiyə xüsusi məktub

Pakistan ordusunun komandanından Müctəba Xameneiyə xüsusi məktub


Sepah-a yaxın media orqanı Pakistan ordusunun komandanı tərəfindən Müctəba Xameneiyə xüsusi məktub göndərildiyini bildirib. Müctəba Xamenei isə “İranın rəhbəri” elan olunmasından üç ay keçməsinə baxmayaraq hələ də ictimaiyyət qarşısına çıxmayıb.


Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Tehrana səfəri zamanı general Asim Münirin Müctəba Xameneiyə ünvanladığı “xüsusi məktub”u çatdırdığını açıqlayıb.


Bu xəbər Müctəba Xameneinin Əli Xameneinin varisi və İranın yeni rəhbəri kimi təqdim olunmasından sonra onunla bağlı heç bir rəsmi görüntü, video və ya səs yazısının yayılmadığı bir dövrdə gündəmə gəlib. Onun vəziyyəti və fəaliyyəti barədə qeyri-müəyyənlik davam edir.


Pakistan son aylarda Tehran və Vaşinqton arasında aparılan danışıqlarda əsas vasitəçi aktorlardan birinə çevrilib. Pakistan ordusunun komandanı general Asim Münirin də bu diplomatik proseslərdə mühüm rol oynadığı bildirilir.