İsrailin kəşfiyyat qurumları Vaşinqton ilə Tehran arasında aparılan danışıqların gedişindən xəbərdar olmaq üçün bu prosesdə iştirak edən bəzi amerikalı rəsmilərin əlaqələrini izləyib.
ArazNews-un New York Times-a istinadən verdiyi məlumata görə, məlumatlı mənbələr İsrail kəşfiyyatının ABŞ-nin İranla danışıqlarda iştirak edən rəsmilərinin, o cümlədən Stiv Vitkoffun əlaqələrinə nəzarət etdiyini bildiriblər.
Məlumata görə, bu addımların məqsədi ABŞ hökumətinin Tehranla danışıqlar prosesindəki mövqeyi və qərarları barədə məlumat əldə etmək olub.
New York Times bir neçə anonim rəsmiyə istinadən yazıb ki, İsrailin davam edən danışıqlar barədə məlumat toplamaq cəhdləri “adi sərhədlərdən kənara çıxıb”.
Bu məlumat İran və ABŞ arasında atəşkəsdən sonra Donald Tramp hökuməti ilə Benyamin Netanyahu arasında müharibənin gələcəyi və İranla bağlı siyasət mövzusunda fikir ayrılıqları barədə xəbərlərin yayıldığı bir dövrdə ortaya çıxıb. Bildirilir ki, Netanyahu İran hakimiyyətinin strukturunun dəyişdirilməsinə qədər təzyiqlərin davam etdirilməsinin tərəfdarıdır.